Türk Şurasının Birgə İnvestisiya Fondu yaradılacaq

Türk Şurasının Birgə İnvestisiya Fondu yaradılacaq
# 14 oktyabr 2019 13:08 (UTC +04:00)

“Türk Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə ilk dəfə Özbəkistan qurumun tamhüquqlu üzvü kimi iştirak edəcək".

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra mətbuat konfransında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev bildirib.

Bağdad Amreyev deyib ki, sabah dövlət başçılarının iştirakı ilə keçiriləcək Zirvə Görüşündə qəbul ediləcək Bəyannamədə Birgə İnvestisiya Fondunun yaradılması da daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR