Türkiyə Vitse-prezidenti: “Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi prosesinə hər cür dəstək verməyə hazırıq”

Türkiyə Vitse-prezidenti: “Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi prosesinə hər cür dəstək verməyə hazırıq”
# 16 sentyabr 2019 18:28 (UTC +04:00)

“Bu il imzalanacaq Preferensial Ticarət Sazişi həm Azərbaycan məhsullarının Türkiyədə satışını asanlaşdıracaq, həm də Türkiyə şirkətləri üçün ədalətli mühit yaradacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirb.

F. Oktay deyib ki, ortaq istehsal da daxil olmaqla, müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirməyin vacib olduğu qənaətindədirlər: “Getdikcə güclənən müdafiə sənayemizlə Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi prosesinə hər cür dəstək verməyə hazırıq. Əməkdaşlığımızın genişlənməsi, iş adamlarının önünün açılması üçün üzərimizə düşən nə varsa, hər şeyi etməyə hazır olduğumuzu bir daha bəyan edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR