Türkiyənin Vitse-prezidenti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib

Türkiyənin Vitse-prezidenti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib
# 16 sentyabr 2019 10:11 (UTC +04:00)

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. APA-nın xəbərinə görə, Heydər Əliyevin məzarı üzərinə əklil qoyan qonaq ona ehtiramını ifadə edib.

F. Oktay görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da məzarı da ziyarət edərək üzərinə güllər düzüb.

Daha sonra o, Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini anıb.

Türk şəhidliyini də ziyarət edən F. Oktay deyib ki, Azərbaycanın müstəqilliyi üçün canlarından keçən türk şəhidlərinin fədakarlığı qardaşlığımız üçün bu gün də körpü rolunu oynayır. O, Bakının işğaldan azad edilməsinin 101-ci ildönümünün böyük qürurla qeyd edildiyi bu günlərdə Türk şəhidlərinin mənəvi hüzurunda olmaqdan şərəf duyduğunu qeyd edib: "Qardaş Azərbaycanın müdafiəsi və bu müqəddəs torpaqların müdafiəsi üçün canınızı gözünüzü qırpmadan fəda edərək böyük qəhrəmanlığa imza atdınız. Bu qəhrəmanlığınızı böyük minnətlə anırıq. Sarsılmaz inancınızla etdiyiniz fədakarlıqlar əlaqələrimizin və qardaşlığımızın güclənməsində bu gün hələ də bir körpü rolunu oynamaqdadır. Bizlərə miras qoyduğunuz dəyərləri qorumaq və gələcəyə aparmaq üçün var gücümüzlə çalışırıq. Ruhunuz şad olsun”.

F. Oktay bütün şəhidlərə rəhmət diləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR