Xələf Xələfov Rusiya XİN-in “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanı ilə təltif olunub

Xələf Xələfov Rusiya XİN-in “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanı ilə təltif olunub
# 20 sentyabr 2019 12:37 (UTC +04:00)

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb.

Bu barədə APA-ya Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

Bildirilib ki, mükafatı təqdim etmək məqsədilə XİN-ə gələn Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun məktubunu oxuyaraq, nazir müavini X. Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığın möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR