Xəzər İbrahim: "Türk Şurasına nə qədər çox ölkə qoşulsa, bu, Azərbaycanın da maraqlarına töhfə verəcək"

Xəzər İbrahim: "Türk Şurasına nə qədər çox ölkə qoşulsa, bu, Azərbaycanın da maraqlarına töhfə verəcək"
# 14 oktyabr 2019 12:19 (UTC +04:00)

"Yalnız türkdilli ölkələr deyil, eyni zamanda, Avropada yerləşən dövlətlər də artıq Türk Şurası ilə sıx əməkdaşlıq edir. Burada Macarıstanın da müşahidəçi kimi olması çox böyük, əlamətdar bir hadisədir. Bu da yenə əməkdaşlığın yalnız duyğular üzərində qalmamasını şərtləndirir, praktiki əməkdaşlığa böyük töhfə verir. Yenə də həm turizm, nəqliyyat, biznes və iqtisadiyyatın digər sahələrində, həmçinin təbii ki, siyasi sahədə əməkdaşlığa töhfə verir. Çünki bu, türk dünyasının, eyni zamanda, Avropa coğrafiyasında da olmasına bir işarədir”.

APA-nin verdiyi xəbərə görə, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. Onun sözlərinə görə, bu təşkilata nə qədər çox ölkə qoşulsa və nə qədər çox işbirliyi olsa bu, təbii ki, bir o qədər Azərbaycanın da maraqlarına töhfə verəcək:

“Özbəkistanın Türk Şurasına qoşulması çoxdan gözlənilən və bütün türk dünyası üçün böyük bir hadisədir. Türk Şurasının müxtəlif tranzit, turizm layihələri var ki, onlar Avropa ilə Asiyanı birləşdirir. Özbəkistan burada bəlkə də ən əsas rollardan birini oynaya bilər. Onun Səmərqənd, Xivə kimi tarixi şəhərləri, coğrafi yerləşməsi bu kimi sahələrə Özbəkistanın öz töhfəsini verməyinə xidmət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR