XİN Ursula Fon der Leyeni Aİ Komissiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib

XİN Ursula Fon der Leyeni Aİ Komissiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib
# 18 iyul 2019 12:45 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ursula Fon der Leyeni Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, Nazirliyin “Tvitter” səhifəsində bildirilib ki, Aİ ilə tərəfdaşlıq daha da güclənəcək.

“Ursula Fon der Leyeni Avropa İttifaqı Komissiyasının prezidenti seçilməsi münasibəti ilə təbrik edirik. Ümid edirik ki, qarşılıqlı fayda verən Avropa İttifaqı Azərbaycan tərəfdaşlığı daha da güclənəcək”, - qeyd olunub.

Qeyd edək ki, iyulun 16-da Avropa Parlamentində baş tutan gizli səsvermədə Ursula Fon der Leyen 383 parlament üzvünün dəstəyini qazanaraq Aİ Komissiyasının yeni prezidenti seçilib. Hazırda Aİ Komissiyasının prezidenti vəzifəsini icra edən Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən gedəcək. Ursula Fon der Leyeni Almaniyanın müdafiə naziri vəzifəsində çalışıb. O, Aİ Komissiyasının prezidenti vəzifəsinə seçilən ilk qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR