Zalkaliani: “Azərbaycanlı tərəfdaşlarımız delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın görüşünə hazırdır”

Zalkaliani: “Azərbaycanlı tərəfdaşlarımız delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın görüşünə hazırdır”
  • Clock-gray 17:46
  • calendar-gray 17 Oktyabr 2019

“Azərbaycanlı tərəfdaşlarımız sərhədin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın növbəti görüşünün Tbilisidə keçirilməsinə hazırdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani parlamentin “nazir saatı” formatında keçirilən dinləmə zamanı deyib.

O bildirib ki, komissiya daxilində bütün məsələlərin müzakirəsi davam etdirilməlidir.

“Komissiyanın iclasının Tbilisidə keçiriləcəyini düşünürük. Azərbaycanlı tərəfdaşlarımız bu görüşü Gürcüstanda keçirməyə hazırdır”, - deyə D. Zalkaliani qeyd edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date