Gələn il Azərbaycana “KRAZ” markalı yeni avtomaşınlar gətiriləcək

Gələn il Azərbaycana “KRAZ” markalı yeni avtomaşınlar gətiriləcək
# 22 dekabr 2006 12:57 (UTC +04:00)
“Alfateks” MMC 2007-ci ildən etibarən Azərbaycan avtomobil bazarına “KRAZ” markalı yeni yanğın söndürən, 28 ton həcmində qaldırıcı kranlar, 10 kubmetrlik beton qarışdıran mikserlər və başqa avtomaşın modelləri çıxaracaq. Bu barədə APA-ya şirkətin satış üzrə meneceri Rəşad Bayramov məlumat verib.
R.Bayramovun sözlərinə görə, cari ildə alıcılar tərəfindən ən çox üstünlük 65055 markalı özüboşaldan yük avtomobilinə verilib. Təkcə bu ilin son 6 ayı ərzində şirkət 100 analoji avtomobil satıb. Şəxsi sifarişlər ümumi satışın 25%-ni təşkil edib. Hər bir satılan avtomobilə görə bir il zəmanət verilir. Kreditlə satış əməliyyatları müvəkkil bank təşkilatı kimi çıxış edən “Nikoyl Bank” vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, “Alfateks” MMC 2006-cı ilin may ayından etibarən Azərbaycanda “KRAZ” holdinqin istehsalı olan avtomobillərin satışını həyata keçirir. Hazırda şirkətin respublikada bir servis mərkəzi və satış salonu fəaliyyət göstərir. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR