Moskvada Azərbaycanın 2007-ci il üçün Rusiyadan alacağı təbii qazın həcmi və qiyməti ilə bağlı danışıqlar başlayıb

Moskvada Azərbaycanın 2007-ci il üçün Rusiyadan alacağı təbii qazın həcmi və qiyməti ilə bağlı danışıqlar başlayıb
# 22 dekabr 2006 12:57 (UTC +04:00)
Rusiyanın “Qazprom” şirkətinin Moskvadakı baş ofisində keçirilən danışıqlarda Azərbaycan tərəfindən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov və “Qazprom” QSC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Akif Həsənov, Rusiya tərəfindən isə “Qazprom” QSC-nin sədr müavini Aleksandr Medvedyev iştirak edirlər. Bu barədə APA-ya “Qazprom”un Bakı nümayəndəliyinin başçısı A.Həsənov məlumat verib.
A.Həsənov bildirib ki, hazırda danışıqlar başa çatmadığından qazın həcmi və qiyməti ilə bağlı hələlik konkret nəticəyə gəlinməyib.
Xatırladaq ki, ARDNŞ prezidenti R.Abdullayev dünən jurnalistlərə verdiyi açıqlamasında Azərbaycanın bu il Rusiyadan hər min kubmetri 110 dollardan 4,5 mlrd. kubmetr həcmində təbii qaz alacağını deyib. ARDNŞ başçısı həmçinin qeyd edib ki, gələn il üçün isə Rusiya Azərbaycana qazın hər min kubmetrini ilk öncə 230 dollar, sonradan isə 235 dollardan təklif edib. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR