Oqtay Şirəliyev: “Qanunsuz fəaliyyət göstərən apteklərin fəaliyyəti dayandırılacaq”

Oqtay Şirəliyev: “Qanunsuz fəaliyyət göstərən apteklərin fəaliyyəti dayandırılacaq”
# 22 dekabr 2006 13:03 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib. Onun sözlərinə görə, qanunsuz apteklərdə aparılan yoxlamalar hazırda davam edir. Saxta dərmanların bazardan çıxarılması prosesinin davam etdiyini deyən Oqtay Şirəliyev bu məsələyə çox ciddi nəzarət edildiyini vurğulayıb: “Saxta dərmanların satışı ilə bağlı nəzarətimizi davam etdirəcəyik, çünki, bu məsələ çox ciddidir. Çalışacağıq ki, saxta dərmanlar ümumiyyətlə Azərbaycan bazarından çıxarılsın”. Səhiyyə naziri bu ilin yekunlarını müsbət qiymətləndirdiyini qeyd edib: “Naxçıvanda müalicə-diaqnostika mərkəzinin açılması səhiyyə sahəsində çox böyük uğurdur. Bu il yeni tibb müəssisələri, idarələr açılıb, bu işlər ilin sonuna kimi davam etdiriləcək. 2007-ci il üçün çox böyük planlarımız var və bununla bağlı açıqlamalar verəcəyik”. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR