Azərbaycandakı müəssisə və təşkilatların qarşılıqlı debitor borclarının həcmi ilin əvvəlindən 14,7% artıb

Azərbaycandakı müəssisə və təşkilatların qarşılıqlı debitor borclarının həcmi ilin əvvəlindən 14,7% artıb
# 22 dekabr 2006 13:20 (UTC +04:00)
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən (kənd təsərrüfatı müəssisələri istisna olunmaqla) 1 915,8 mln. AZN-lik mənfəət və 226,4 mln. AZN-lik zərər əldə edilib.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata əsasən, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində əldə edilmiş mənfəət 2005-ci ilin eyni dövrü ilə müqayisədə 463,3 mln. AZN və ya 31,9% artıb. Bunun 69,8%-i (1 337 mln. AZN) sənaye müəssisələrinin fəaliyyətində yaranıb. Hesabat dövründə nəqliyyat müəssisələri 149,3 mln. AZN (ümumi mənfəətin 7,8%-i), rabitə müəssisələri 131,4 mln. AZN (6,9%), tikinti təşkilatları isə 53,7 mln. AZN (2,8%) mənfəətlə işləyib.
Eyni zamanda, zərərin 66,4%-i sənaye, 21,2%-i nəqliyyat, 1,8%-i maliyyə, 5,6%-i tikinti, 0,8%-i isə ticarət və xidmət müəssisə və təşkilatlarında yaranıb.
Qeyd edək ki, bu ilin oktyabr ayının 1-i vəziyyətinə, Azərbaycandakı müəssisə və təşkilatların qarşılıqlı debitor borcları (sistemdaxili borclar nəzərə alınmadan) 6 011,1 mln. AZN təşkil edib. Bu, ilin əvvəlinə olan analoji göstəricidən 771,9 mln. AZN və ya 14,7% çoxdur. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR