“Azərdəmiryolbank”ın Yevlaxda regional filialı açılıb

“Azərdəmiryolbank”ın Yevlaxda regional filialı açılıb
# 22 dekabr 2006 13:21 (UTC +04:00)
“Azərdəmiryolbank” Açıq Səhmdar Cəmiyyətinin Yevlaxda regional filialı açılıb. Bankın baş ofisindən APA-ya verilən məlumata görə, bu filialda bütün bank xidmətləri göstəriləcək, kommunal ödənişlər qəbul olunacaq.
Qeyd edək ki, 2006-cı ildə “Azərdəmiryolbank”ın filial şəbəkəsi artıb, paytaxtda və regionlarda 5 filialı və 5 bölməsi fəaliyyətə başlayıb. Ümumilikdə isə, hazırda bankın 27 filial və bölmələri fəaliyyət göstərir. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR