TRASECA-nın Azərbaycan hissəsində daşınan yüklərin həcmi 6,2% artıb

TRASECA-nın Azərbaycan hissəsində daşınan yüklərin həcmi 6,2% artıb
# 22 dekabr 2006 13:21 (UTC +04:00)
Cari ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 39,9 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2% çox yük daşınıb. Bu, ölkənin nəqliyyat sektorunda daşınan bütün yüklərin 34%-ni təşkil edir.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, yük və sərnişin daşınmasından 183 mln. AZN həcmində gəlir əldə olunub. Bunun 62,7%-i dəmir yolu, 19%-i dəniz nəqliyyatı, 18,3%-i avtomobil nəqliyyatının fəaliyyət hesabına yaranıb. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR