Türkmənistan müxalifətinin liderlərinin ölkəyə qayıdışına imkan verilməyib, Niyazovun şəxsi xəzinədarı yoxa çıxıb

Türkmənistan müxalifətinin liderlərinin ölkəyə qayıdışına imkan verilməyib, Niyazovun şəxsi xəzinədarı yoxa çıxıb
# 22 dekabr 2006 13:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə birləşmiş türkmən müxalifətinin nümayəndəsi, kölgə kabinetinin ədliyyə naziri Batır Muxamedşin məlumat verib. Onun sözlərinə görə, Aşqabad hava limanından çarter reysinin təşkilatçısı olan aviaşirkətə bildiriblər ki, ölkə üzərində uçuşlara qadağa qoyulub və Türkmənistan hava məkanını pozan təyyarə vurulacaq. B. Muxamedşin yaxın günlərdə Avropa paytaxtlarının birində Türkmənistan müxalifətinin sürgündəki liderlərinin birgə toplantısının keçiriləcəyini bildirib: “Hazırda əsas məsələ müxalifətin vətənə qayıdışıdır. Bunun alternativi Saparmurad Niyazovun kursunun davam etməsidir”. B. Muxamedşin beynəlxalq ictimaiyyətin köməyinə ehtiyac duyduqlarını bildirib. Mərkəzi Asiya regionu üzrə nüfuzlu ekspertlərdən Aleksey Dubnov isə Türkmənbaşının ölümündən bir neçə saat əvvəl onun şəxsi xəzinədarı Aleksandr Jadanın yoxa çıxdığını bildirib. Onun sözlərinə görə, Jadanla birlikdə Türkmənbaşının şəxsi hesablarına dair çox vacib sənədlər də yoxa çıxıb. “Jadan Türkmənbaşının şəxsi maliyyə hesablarını idarə edən şəxs idi. Türkmənbaşının tələblərinin yerinə yetirilməsi birbaşa onun səlahiyyətlərinə daxil idi. Məncə, Jadanı Türkmənbaşının əhatəsində ən az gözə çarpan, lakin ən nüfuzlu şəxs adlandırmaq olar. O, Niyazovla 20 il birlikdə işləyib, onlar bir-birilərini adları ilə çağırırdılar”. “Global Witness” hüquq-müdafiə təşkilatı isə Türkmənbaşının “Deutsche Bank”dakı gizli bank hesablarında 3 milyard dollar pulunun olduğunu bəyan edib. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR