Türkiyə Aslan Məshədovun bu ölkədəki xüsusi nümayəndəsi Üveys Abdullayevin ekstradisiyasına qərar verib

Türkiyə Aslan Məshədovun bu ölkədəki xüsusi nümayəndəsi Üveys Abdullayevin ekstradisiyasına qərar verib
# 22 dekabr 2006 14:24 (UTC +04:00)
Türkiyə Daxili İşlər Nazirliyi tanınmamış Çeçenistan-İçkeriya Respublikasının mərhum prezidenti Aslan Məshədovun bu ölkədəki xüsusi nümayəndəsi Üveys Abdullayevin ekstradisiya olunmasına qərar verib. APA-nın məlumatına görə, İstanbulda turist vizası ilə qalan Abdullayevin adı Rusiya tərəfindən axtarışda olan terrorçular siyahısına daxil edildikdən sonra Türkiyə hüquq-mühafizə orqanları onun ekstradisiyasını rəsmiləşdirib. Bu qərar Üveys Abdullayevə elan olunub, onun vəkili qərarla bağlı apellyasiya şikayəti veriləcəyini bildirib. Bundan başqa vəkil Türkiyə Daxili İşlər Nazirliyinin qərarından Avropa Məhkəməsinə şikayət etməyə hazırlaşdığını vurğulayıb. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR