Sabahdan Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalına başlayır

Sabahdan Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalına başlayır
# 22 dekabr 2006 14:25 (UTC +04:00)
Gürcüstanın “Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru” (KOGS) dekabrın 23-dən Azərbaycandan elektrik enerjisinin idxalına başlayır. Bu barədə APA-nın Gürcüstan bürosuna şirkətin baş direktoru Bidzina Çkoniya məlumat verib.
B.Çkoniyanın sözlərinə görə, Azərbaycandan Gürcüstana elektrik enerjisinin idxalı bu ilin noyabrın 29-da Bakıda “Azərenerji” ASC ilə KOGS arasında elektrik enerjisinin mübadiləsinə dair imzalanmış saziş əsasında dekabrın 23-dən yanvarın 15-dək həyata keçiriləcək.
B.Çkoniya bildirib ki, gündəlik Azərbaycandan Gürcüstana təqribən 1,9 mln. kVt/saat elektrik enerjisi idxal ediləcək. Pik saatlarında Gürcüstan 150 MVt gücündə enerji alacaq və bu həcm KOGS tərəfindən yerli enerjipaylayıcı şirkətlərə və digər istehlakçılara nəql olunacaq. Alınan elektrik enerjisi Azərbaycan tərəfinə adekvat həcmdə yay aylarında qaytarılacaq.
Qeyd edək ki, bu günədək Azərbaycandan Gürcüstana elektrik enerjisinin idxalını “Gürcüstan Dövlət Elektrik Sistemi” SC həyata keçirib. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR