Yunanıstanın şimalındakı Esfiqmen monastrında rahiblər arasında qarşıdurma baş verib

Yunanıstanın şimalındakı Esfiqmen monastrında rahiblər arasında qarşıdurma baş verib
# 22 dekabr 2006 15:03 (UTC +04:00)
Yunanıstanın şimalındakı Esfiqmen monastrında iki qrupa bölünmüş rahiblər arasında qarşıdurma baş verib. APA-nın məlumatına görə, qrupların çoxdan konfliktdə olduğu və hər birinin monastrda rəhbərliyə can atdığı bildirilir. Dava monastrın həyətində baş verib. Belə ki, bir qrup rahib digər qrupdan olanların içəri keçməsinə mane olmağa çalışıb. Əks-tərəf buna yumruqla cavab verib. Sonra dava böyüyüb. Qarşıdurmada dəmir çubuqlardan və yanğınsöndürmə balonlarından da istifadə olunub. Nəticədə 7 rahib yaralanıb. Onlardan ikisi kəllə beyin zədəsi alıb. Qarşıdurmaya polislərin müdaxiləsi ilə son qoyulub. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR