Rusiyadan Azərbaycana 2007-ci ildə təbii qazın idxalı ilə bağlı Moskvada keçirilən danışıqlarında nəticədə əldə edilməyib

Rusiyadan Azərbaycana 2007-ci ildə təbii qazın idxalı ilə bağlı Moskvada keçirilən danışıqlarında nəticədə əldə edilməyib
# 22 dekabr 2006 15:08 (UTC +04:00)
Bu barədə APA-ya danışıqlarda iştirak edən “Qazprom”un Bakıdakı nümayəndəliyinin rəhbəri Akif Həsənov məlumat verib.
A.Həsənov bildirib ki, danışıqlar hələ bir neçə gün davam edcəkvə daşıqların yekunu ilə bağlı məlumat dekabrın 25-də açıqlanacaq.
Qeyd edək ki, danışıqlar Rusiyanın “Qazprom” şirkətinin Moskvadakı baş ofisində keçirilir. Azərbaycan hökuməti tərəfindən danışıqlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirov, Rusiya tərəfdən isə “Qazprom” QSC-nin sədr müavini Aleksandr Medvedyev iştirak edirlər.
Xatırladaq ki, ARDNŞ prezidenti R.Abdullayev dünən jurnalistlərə verdiyi açıqlamasında Azərbaycanın bu il Rusiyadan hər min kubmetri 110 dollardan 4,5 mlrd. kubmetr həcmində təbii qaz alacağını deyib. ARDNŞ başçısı həmçinin qeyd edib ki, gələn il üçün isə Rusiya Azərbaycana qazın hər min kubmetrini ilk öncə 230 dollar, sonradan isə 235 dollardan təklif edib. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR