Azərbaycan “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi”nin hazırlanması məqsədilə tender keçirir

Azərbaycan “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi”nin hazırlanması məqsədilə tender keçirir
# 22 dekabr 2006 15:11 (UTC +04:00)
Maliyyə Nazirliyi “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi”nin hazırlanması məqsədilə Yaponiya hökumətinin “Siyasət və İnsan Resurslarının İnkişaf Etdirilməsinə dair” qrantı ilə bağlı elan verib. Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan hökuməti Dünya Bankının idarə etdiyi “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi”nin hazırlanması üçün Yaponiya hökumətinin “Siyasət və İnsan Resurslarının İnkişaf Etdirilməsinə dair” qrantı üzrə maliyyə vəsaitini alıb və bu vəsaitin bir hissəsini “Təhsil və peşəkar inkişaf standartlarının və əsaslarının tədqiqatı Tapşırığı” ilə əlaqədar məsləhətçi xidmətlərinə ayırmaq niyyətindədir. Qeyd olunan tapşırığın əsas məqsədləri universitet kursları, peşə ixtisaslarına və peşəkarlara tələb olunan təhsil standartlarının təsis edilməsi və bu standartlara uyğun təhsilin təmin edilməsi üçün institutlara müvafiq imkanların yaradılması istiqamətində yardım göstərilməsidir.
Maliyyə Nazirliyinin mühasibat uçotu şöbəsi adları çəkilən xidmətlərin təmin olunması üçün məsləhətçiləri öz təkliflərini təqdim etməyə dəvət edir. Maraqlı olan məsləhətçilər bu xidmətləri yerinə yetirmək üçün bacarıq və ixtisas dərəcəsini təsdiq edən məlumatı təqdim etməlidirlər. Məsləhətçilər “Dünya Bankından vəsait almış təşkilat tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb edilməsi haqqında qaydaları”nın prosedurlarına uyğun olaraq Sabit Büdcə Seçim Metodu əsasında seçiləcək.
Qeyd olunan tapşırıq üçün ayrılmış büdcə 270 min dollar təşkil edir. Təkliflər 2007-ci ilin yanvarın 8-dək təqdim olunmalıdır. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR