Turizmin inkişafı ilə bağlı yeni dövlət proqramı yazadək təsdiqlənəcək

Turizmin inkişafı ilə bağlı yeni dövlət proqramı yazadək təsdiqlənəcək
# 22 dekabr 2006 15:46 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda turizmin inkişafına dair 2007-2016-cu illəri əhatə edən dövlət proqramının layihəsini müvafiq dövlət qurumlarına təqdim edib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, dövlət proqramının yazadək ölkə prezidenti tərəfindən təsdiqlənəcəyi gözlənilir. Turizmlə bağlı 2001-2006-cı illəri əhatə edən hazırkı dövlət proqramında nəzərdə tutulan tədbirlər isə demək olar ki, artıq həyata keçirilib. Ə.Qarayev deyib ki, yaxın 10 il ərzində Azərbaycanda turizm xidmətinin səviyyəsi Avropa standartlarına çatdırılacaq, turizm infrastrukturunun genişləndirilməsi üçün xüsusi layihələr həyata keçiriləcək.
Dövlətin son bir necə ildə turizmin inkişafına böyük diqqət göstərməsindən razılıq edən nazir hazırda 3 böyük layihənin üzərində iş apardıqlarını da söyləyib: “Lənkəranda dəniz kənarında böyük turizm zonası, Qusarda 5000 turistə xidmət edəcək yay-qış turizm mərkəzi yaradılır. Burada təxminən 15 otel olacaq. Xızı-Qusar-Dəvəci zonasında 10 böyük kompleksdən ibarət zona formalaşmaqdadır və 2-3 ilə artıq bu işi yekunlaşdıracayıq”. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR