İraqın sabiq vitse-prezidenti Taha Yasin Ramazan edam cəzasına məhkum edilib

İraqın sabiq vitse-prezidenti Taha Yasin Ramazan edam cəzasına məhkum edilib
# 12 fevral 2007 15:26 (UTC +04:00)
İraq Ali Məhkəməsi ölkənin sabiq vitse-prezidenti Taha Yasin Ramazanı edam cəzasına məhkum edib. APA-nın məlumatına görə, məhkəmə BMT yetkililərinin və beynəlxalq insan haqları təşkilatlarının Taha Yasin Ramazanın bağışlanması barədə tələblərinə rəğmən, asılaraq edam edilməsinə qərar verib. 1982-ci ildə İraq prezidenti Səddam Hüseynin həyatına sui-qəsddə ittiham olunan əd-Düceyl kəndinin 148 sakininin ölümündə günahkar bilinən Taha Yasin Ramazan son sözündə “Allah bilir ki, yanlış bir şey yapmadım” deyib. Qeyd edək ki, 2006-cı ilin oktyabr ayında ömürlük həbs cəzasına məhkum edilən Taha Yasin Ramazanın vəkilləri bu hökmdən apellyasiya şikayəti vermişdilər. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR