Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Masallı Olimpiya İdman Kompleksinin açılışında iştirak edəcək

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Masallı Olimpiya İdman Kompleksinin açılışında iştirak edəcək
# 12 fevral 2007 16:10 (UTC +04:00)
Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki fevralın sonunda ölkəmizə səfər edəcək. Bu haqda “APA-Sport” agentliyinə Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Camaləddin Rəhmanov məlumat verib. MOK rəsmisinin sözlərinə görə, P.Hikki ölkəmizə səfəri çərçivəsində ölkə başçısı İlham Əliyevlə görüşəcək və Azərbaycanda Olimpiya Hərəkatının vəziyyəti ilə tanış olacaq. C. Rəhmanovun sözlərinə görə, P.Hikkinin Masallıda inşa edilən Olimpiya İdman Kompleksinin açılış mərasiminə aparılması nəzərdə tutulub. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR