Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavini Piter Rodmanı qəbul edib

Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavini Piter Rodmanı qəbul edib
# 12 fevral 2007 16:11 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavini Piter Rodmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, P. Rodman Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionunun mühüm strateji əhəmiyyətini qeyd edərək ölkəsinin burada sabitliyin davamında maraqlı olduğunu vurğulayıb. E. Məmmədyarov qonağın fikirləri ilə razılaşaraq xüsusilə hazırkı dövrdə, Azərbaycanın qoşulduğu bir sıra regional layihələrin həyata keçirildiyi bir vaxtda bu əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycanın regionda lider mövqe tutduğunu, bu aparıcı rolu daşımaq üçün kifayət qədər potensial və imkanlara malik olduğunu deyib. Qonşu dövlətlərlə münasibətlərə toxunan nazir Ermənistanın tutduğu qeyri-konstruktiv mövqenin regional əməkdaşlığa zərbə vurduğunu söyləyib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR