Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Piter Rodmanı qəbul edib

Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Piter Rodmanı qəbul edib
# 12 fevral 2007 16:50 (UTC +04:00)
Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Piter Rodmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Görüşdə çıxış edən Piter Rodman bildirib ki, Bakıya səfərin məqsədi ölkələrimiz arasında təhlükəsizlik məsələlərinə dair dialoqu, tərəfdaşlığı daha da genişləndirməkdir: “Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü Birləşmiş Ştatların strateji maraq dairəsindədir, biz sizinlə mövcud olan tərəfdaşlığı yüksək qiymətləndiririk və Azərbaycanla etibarlı tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıyıq”. Prezident İlham Əliyev ölkələrimiz arasında təhlükəsizlik, antiterror əməliyyatları və digər sahələrdə uğurla inkişaf edən tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanla ABŞ arasında tərəfdaşlıq əlaqələrinin çox yaxşı tarixi olduğunu xatırladaraq, bunun gələcəkdə də inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib. “Biz enerji təhlükəsizliyinin müxtəlif aspektləri, regional əməkdaşlıq məsələləri üzərində işləyirik. Bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir”. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR