Ankarada Yaşar Doğunun xatirə turnirində iştirak edəcək Azərbaycan güləşçilərinin adları müəyyənləşib

Ankarada Yaşar Doğunun xatirə turnirində iştirak edəcək Azərbaycan güləşçilərinin adları müəyyənləşib
# 13 fevral 2007 06:59 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada dünya çempionu Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvəsini sınayacaq Azərbaycan güləşçilərinin adları müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, martın 2-də startı veriləcək bu yarışda Rövşən Umudovun başçılıq etdiyi sərbəst güləş yığmamızın heyətinə altı idmançı - Elşən Mirzəyev (55 kq), Abil İbrahimov, Əsgərxan Novruzov (hər ikisi 60 kq), Əli İsgəndərov (66 kq), Elşad Allahverdiyev (74 kq) və Müslüm Müslümov (96 kq) cəlb edilib. İki gün davam edəcək turnirin hakimləri arasında həmyerlimiz Fərid Əliyev də olacaq. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR