Yuğ Teatrının rejissoru Estoniya Uqalar Teatrında tamaşa səhnələşdirəcək

Yuğ Teatrının rejissoru Estoniya Uqalar Teatrında tamaşa səhnələşdirəcək
# 13 fevral 2007 09:25 (UTC +04:00)
Yuğ Teatrının rejissoru Gümrah Ömər Estoniya Uqalar Teatrından Kamal Abdullanın “Kim dedi ki, Simurq quşu var imiş” tamaşasını səhnələşdirmək təklifi alıb. Bu barədə APA-ya teatrın baş rejissoru Vaqif İbrahimoğlu məlumat verib. V.İbrahimoğlunun sözlərinə görə, G. Ömər avqustun birinci ongünlüyündə Estoniyaya səfər edəcək və tamaşanı hazırlayacaq. Tamaşanın rollarını Estoniya Uqalar Teatrının aktyorları ifa edəcək. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR