Azərbaycan voleybolçusu Yelena Şabovtanın şərəfini qoruduğu “Karşıyaka” Türkiyə superliqasının final mərhələsində yarışacaq

Azərbaycan voleybolçusu Yelena Şabovtanın şərəfini qoruduğu “Karşıyaka” Türkiyə superliqasının final mərhələsində yarışacaq
# 13 fevral 2007 09:47 (UTC +04:00)
Azərbaycan voleybolçusu Yelena Şabovtanın şərəfini qoruduğu “Karşıyaka” klubu Türkiyə superliqasının final mərhələsində mübarizə aparacaq. “APA-Sport” agentliyinin Türkiyə Voleybol Federasiyasının rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Karşıyaka” ilə yanaşı, daha 7 komanda superliqanın həlledici mərhələsinə vəsiqə qazanıb. Y.Şabovtanın komandasının ilk oyunu “Qaziantep Şahin Bələdiyyəsi” klubuna qarşı keçirəcəyi dəqiqləşib. Reqlamentə əsasən, dairəvi sistemlə oynanılacaq bu mərhələdə ən çox xal toplayan dörd klub mükafatlar uğrunda mübarizə aparacaq. Qeyd edək ki, bu dörd komanda superliqada tutacaqları yerdən asılı olmayaraq, Türkiyəni qitə miqyaslı kuboklarda təmsil edəcəklər. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR