İsmət Abbasov: “Azərbaycanda taxıl qıtlığı gözlənilmir”

İsmət Abbasov: “Azərbaycanda taxıl qıtlığı gözlənilmir”
# 13 fevral 2007 09:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov deyib. Nazirin sözlərinə görə, bu yaxınlarda ölkəmizdə səfərdə olan ABŞ-ın yüksək rütbəli şəxsləri Kənd Təsərrüfatı Nazirliyində də görüş keçiriblər: “Biz aqrar sənayenin inkişafı ilə bağlı ciddi və səmərəli müzakirələr apardıq”. Nazir qeyd edib ki, bu günə qədər “Aqrolizinq” Səhmdar Cəmiyyəti tərəfindən ölkəyə 556 kombayn, 834 traktor və 72 min ton gübrə gətirilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında yer alan Azərbaycanın taxıl qıtlığı ilə üzləşə bilməsi təhlükəsi barədə fikirlərə münasibət bildirən İ.Abbasov bunun həqiqəti əks etdirmədiyini vurğulayıb: “Azərbaycanda tikilən taxıl terminalının həcmi 500 min tondur. Bundan əlavə, hər il ölkədə 2 milyon ton taxıl istehsal olunur. Əhalinin illik tələbatı isə 1, 6 milyon tondur”. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR