“Şəmkir Quşçuluq” fabrikinin broyler təsərrüfatının genişləndirilməsinə əlavə 5 mln. dollar yönəldiləcək

“Şəmkir Quşçuluq” fabrikinin broyler təsərrüfatının genişləndirilməsinə əlavə 5 mln. dollar yönəldiləcək
# 13 fevral 2007 09:57 (UTC +04:00)
“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “Şəmkir Quşçuluq” fabrikinin broyler təsərrüfatını genişləndirmək məqsədilə əlavə 5 mln. ABŞ dolları vəsaitin ayrılması planlaşdırır. “AtaHolding”dən APA-ya verilən məlumata görə, bu fabrikdə layihə gücünə görə 300 min başlıq yumurtalıq istiqamətli istehsal sahəsi yaradılıb.
Biznes-plana əsasən, indiyədək fabrikə 4 mln. dollar həcmində investisiya qoyulub. Hollandiya və Türkiyənin ən qabaqcıl texnologiyaları gətirilərək fabrikdə qurulub və istismara verilib. Fabrikin bütün tələblərinə cavab verə biləcək yem zavodu zoobaytar laboratoriyası və saatda 2000 baş quş kəsə bilən kəsim sexi tikilib.
Qeyd edək ki, hazırda 3 quş sexinin bir yetişdirmə və iki yumurtalıq istiqamətli toyuq sexinin tikintisi başa çatıb. Yetişdirmə sexində Avropa standartlarına uyğun texnologiya qurulub. Hər biri 1000 ton tutan 3 yem anbarı və saatda 10 ton xammal, yem istehsal edə biləcək yem zavodunun avadanlıq quraşdırma işləri başa çatıb. Hazırda təsərrüfatda 122 nəfər işçi çalışır. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR