Ramil Səfərov vəkilləri ilə görüşüb

Ramil Səfərov vəkilləri ilə görüşüb
# 22 fevral 2007 16:20 (UTC +04:00)
Bu gün Budapeşt Apellyasiya Məhkəməsinin qərarından sonra Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov vəkilləri, ailəsinin və Müdafiə Nazirliyinin nümayəndəsi, vəkil İkram Şirinov və Vəkillər Kollegiyasının sədri Azər Tağıyevlə görüşüb. Bu barədə APA-ya açıqlamasında məhkəmə prosesində iştirak edən R. Səfərovun ailəsinin və Müdafiə Nazirliyinin nümayəndəsi, vəkil İkram Şirinov məlumat verib. İ. Şirinov bildirib ki, görüşdə bundan sonra atılacaq addımlar müzakirə olunub. Vəkilin sözlərinə görə, Apellyasiya Məhkəməsinin qərarını alandan sonra hökmün ləğv edilməsi istiqamətində görüləcək işlər müəyyənləşdiriləcək: “Macarıstan qanunvericiliyində Ali Məhkəməyə şikayətlə yanaşı, digər mexanizmlər də var. Görüşdə bununla bağlı müzakirələrimiz oldu. Apellyasiya Məhkəməsinin qərarını alandan sonra konkret qərar qəbul edəcəyik”.
Vəkil bildirib ki, Macarıstanın qanunvericiliyinə görə, hökm qanuni qüvvəyə minəndən sonra R. Səfərov həbsxanaya köçürüləcək: “Apellyasiya Məhkəməsinin qərarı elan olunan gündən hökm qanuni qüvvəyə minmiş hesab olunur”. Məhkəmə prosesində Vəkillər Kollegiyasının sədri Azər Tağıyev, Azərbaycanın Macarıstandakı səfirliyinin, Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Vəkilin sözlərinə görə, Ermənistan prosesdə geniş tərkibli nümayəndə heyəti ilə, o cümlədən prosesi işıqlandırmaq üçün kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə telekanalların əməkdaşları ilə təmsil olunub. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR