Surət Hüseynovun qardaşı vəkili Osman Kazımovdan imtina edib

Surət Hüseynovun qardaşı vəkili Osman Kazımovdan imtina edib
# 22 fevral 2007 16:37 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş baş nazir Sürət Hüseynovun qardaşı Asif Hüseynovun cinayət işçi üzrə məhkəmə baxışı keçirilib. APA-nın məlumatına görə, prosesdə Asif Hüseynov vəkili Osman Kazımovdan imtina edib və məhkəmədən ailəsi başqa vəkillə müqavilə bağlayana kimi prosesin təxirə salınmasını xahiş edib. Məhkəmə prosesi fevralı 27-nə təyin olunub.
Qeyd edək ki, A. Hüseynov 1993-cü il yanvarın 1-dən 10 oktyabr 1994-cü ilədək olan dövrdə Samux Rayon Yun Tədarük İdarəsində əvvəl anbar rəisi, sonra isə həmin idarənin rəisi vəzifəsində işləyib. Rəis işləyərkən həmin idarənin anbar müdiri İlqar Zeynalovla birlikdə 1243 manat dəyərində 36821 kiloqram yunu Yevlax Yununun Tədarükü və İlkin Emalı İstehsalat Birliyinə təhvil verməyərək mənimsəyibr. Bundan başqa, A. Hüseynov S. Hüseynov, Kəramət Kərimov, Nüsrət Budaqov və digərləri ilə cinayət əlaqəsinə girərək 1994-cü ildə dövlət çevrilişinə cəhddə iştirak edib. О, S. Hüseynovun təşkil etdiyi Şəhid ailələri “Nicat” Müdafiə Komitəsi adı altında fəaliyyət göstərən silahlı dəstənin tərkibində iştirak edib. О, qrupun digər üzvləri ilə birlikdə 1994-cü il oktyabrın 4-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə basqın edib. A. Hüseynov Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və israfetmə) və 179.3.1-ci ( mütəşəkkil dəstə tərəfindən mənimsəmə və israfetmə) və 278-ci ( hakimiyyəti zorla ələ keçirmə və ya onu saxlama) maddələri ilə ittiham olunur. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR