Azərbaycanın futzal yığması Hollandiya ilə heç-heçə oynayıb

Azərbaycanın futzal yığması Hollandiya ilə heç-heçə oynayıb
# 23 fevral 2007 08:19 (UTC +04:00)
Azərbaycanın futzal yığma komandası Hollandiyada keçirilən Avropa çempionatının seçmə mərhələsində qrupda ilk oyununu heç-heçə başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, D qrupunda yer alan millimizin meydan sahibləri ilə görüşü 4:4 hesabı ilə nəticələnib. Qrupun digər oyununda Serbiya Finlandiya yığmasını 6:0 hesabı ilə məğlub edib. Futzalçılarımız qrupda ikinci oyununu bu gün serbiyalılara qarşı keçirəcək. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR