Rene van der Linden Kipr, Yunanıstan və Türkiyənin AŞPA-dakı nümayəndə heyətlərini bir araya gətirəcək

Rene van der Linden Kipr, Yunanıstan və Türkiyənin AŞPA-dakı nümayəndə heyətlərini bir araya gətirəcək
# 23 fevral 2007 08:51 (UTC +04:00)
“Kiprdəki bufer zona parçalanma simvolundan əməkdaşlıq simvoluna çevrilməlidir”. Bu bəyanatla Kiprdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rene van der Linden çıxış edib. APA-nın məlumatına görə, dörd günlük səfərinin yekununda Rene van der Linden tərəfləri bir-birinə etimad göstərməyə çağıraraq bildirib ki, güzəştlər asan olmayacaq, amma dialoq və birgə səylər irəli getmək üçün yeganə üsuldur. AŞPA rəhbəri səfər çərçivəsində yunan Kiprinin prezidenti Tasos Papadopulos və Şimali Kipr Türk Respublikasının prezidenti Mehmet Əli Tələtlə görüşüb və iki icmanın dini liderlərinin görüşünü təşkil edib. Bu, 1974-cü ildən sonra dini rəhbərlərin keçirdikləri ilk görüş olub. Rene van der Linden Kipr, Yunanıstan və Türkiyənin AŞPA-dakı nümayəndə heyətlərini və adanın hər iki icmasının təmsilçilərini sülh prosesinə yardım etmək üçün bir araya gətirəcəyini də açıqlayıb. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR