“Əhalinin sağlamlığı ilə bağlı fövqəladə hallar zamanı böhranlı vəziyyətdə ünsiyyət və KİV-lərlə münasibətlər” mövzusunda simpozium keçiriləcək

“Əhalinin sağlamlığı ilə bağlı fövqəladə hallar zamanı böhranlı vəziyyətdə ünsiyyət və KİV-lərlə münasibətlər” mövzusunda simpozium keçiriləcək
# 23 fevral 2007 08:56 (UTC +04:00)
Fevralın 27-də Bakıda “Əhalinin sağlamlığı ilə bağlı fövqəladə hallar zamanı böhranlı vəziyyətdə ünsiyyət və KİV-lərlə münasibətlər” mövzusunda simpozium öz işinə başlayacaq. BMT-nin Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, üç gün ərzində hökumət rəsmiləri mümkün “quş qripi” pandemiyası kontekstində böhranlı vəziyyətdə ünsiyyət kampaniyalarının təşkili və həyata keçirilməsini müzakirə edəcəklər. “Quş qripi”nin indi daha yaxşı başa düşülməsinə baxmayaraq, keçmiş sovet blokuna daxil olmuş ölkələrin əksəriyyəti tammiqyaslı pandemiyaya (virusun insandan insana keçməsinə) hazır deyil. Bölgədə H5N1 virusundan həlak olmuş 9 nəfərdən 7-si uşaq olub. UNICEF-in Mərkəzi və Şərqi Avrora və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru Mariya Kalivis ailələrə düzgün məlumatların çatdırılmasının çox mühüm olduğunu bildirib. Simpoziumda Səhiyyə, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri, habelə Nazirlər Kabinetinin nümayəndələri və onların mətbuat xidmətlərinin rəhbərləri iştirak edəcəklər. Simpoziumun sonuncu günü jurnalistlər müzakirələrdə iştirak etməyə dəvət olunacaqlar. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR