Ötən il Azərbaycandan Gürcüstana təcili pul köçürmələrinin həcmi 2,851 mln. dolları ötüb

Ötən il Azərbaycandan Gürcüstana təcili pul köçürmələrinin həcmi 2,851 mln. dolları ötüb
# 23 fevral 2007 09:10 (UTC +04:00)
Ötən il ərzində Azərbaycandan Gürcüstana həyata keçirilən təcili pul köçürmələrinin həcmi 2 851 376 ABŞ dolları təşkil edib.
Gürcüstan Milli Bankından APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələrin həcmi 721 064 dollar təşkil edib. Müqayisə üçün bildirək ki, 2005-ci ildə Azərbaycandan Gürcüstana və əks istiqamətdə köçürülən məbləğlər təqribən eyni olub. Belə ki, Azərbaycandan Gürcüstana 2,257 mln. dollar, Gürcüstandan Azərbaycana isə 2,042 mln. dollar köçürülüb.
Qeyd edək ki, 2006-cı ildə ümumilikdə xaricdən Gürcüstana 544,65 mln. dollar, Gürcüstandan xaricə isə 131,451 mln. dollar köçürülüb. /APA-Economics/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR