Azərbaycanın güllə atıcıları Tronheymə bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar

Azərbaycanın güllə atıcıları Tronheymə bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar
# 23 fevral 2007 09:39 (UTC +04:00)
Norveçin Tronheym şəhərində keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnirin ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub. 20-dək ölkənin idmançılarının qüvvəsini sınadığı bu yarışda Afina Yay Olimpiya Oyunlarının bürünc medalçısı İradə Aşumova üçüncü yeri tutub. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimiz estoniyalı Vera Rumyantseva və norveçli Juliya Lekvendən geri qalaraq, bürüncə sahib çıxıb. Gənclər arasında Avropa ikincisi Nigar Bağırova isə turnirin qızıl medalını qazanıb. Vladimir Lunyovun baş məşqçiliyi altında Norveçə yollanan milli komandamızın digər üzvü Ruslan Lunyov da uğurla çıxış edib. Atıcımız 569 xalla yarışın gümüş mükafatına sahib çıxıb. Turnirə fevralın 25-də yekin vurulacaq. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR