Azərbaycan Ombudsmanı Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı bəyanat verib

Azərbaycan Ombudsmanı Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı bəyanat verib
# 23 fevral 2007 09:54 (UTC +04:00)
APA-nın məlumatına görə, Ombudsmanın bəyanatında Xocalı faciəsi beynəlxalq hüquqa əsasən sülh və bəşəriyyət əleyhinə yönələn əməl kimi qiymətləndirilib: “BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla, insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir”. Müvəkkil insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnən Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymətin verilməməsindən təəssüfləndiyini deyib. Bəyanat BMT Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına ünvanlanıb. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR