ANAMA may ayında 291 ədəd partlamamış hərbi sursat aşkar edib

ANAMA may ayında 291 ədəd partlamamış hərbi sursat aşkar edib
# 01 iyun 2019 16:48 (UTC +04:00)

Bu ilin may ayı ərzində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Lənkəran şəhərləri ərazisində 551 987 m² (55,20 ha) ərazi yoxlanılıb, 291 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina (cəmi: 298 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Agentlikdən ONA-ya verilən məlumata görə, əməliyyatlarda 472 nəfər əməliyyat heyəti, 128 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 38 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 534 451 206 m² (53 445,12 ha) ərazi təmizlənmiş, 803 597 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

May ayı ərzində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 3, Daxili İşlər Nazirliyinin ″102″ xidməti-zəng mərkəzi sistemindən – 10, Dövlət Sərhəd Xidmətindən – 2, Rayon Polis Şöbələrindən – 2, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən – 1 müraciət daxil olub (cəmi 18 çağırış)

Müraciətlər əsasında 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağstafa, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Yevlax və Lənkəran şəhərləri ərazisində 3 980 kv. metr ərazi yoxlanılıb, 110 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə mina (cəmi: 117 ədəd) və 6 491 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Bu ilin may ayında mina hadisəsi qeydə alınmayıb.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR