Gənclər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlandırılıb

Gənclər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlandırılıb
# 18 may 2019 11:57 (UTC +04:00)

Bu gün "Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə" mövzusunda konfrans keçirilib.

ONA-nın məlumatına görə, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən, gənclər təşkilatlarının bu istiqamətdə rolundan danışıb.

BMT-nin İnkişaf Proqramının eksperti Delavar Berakzai "Dayanıqlı gələcəyin üçün fikrini bildir" onlayn sorğusunun nəticələrini elan edib.

Baş nazirin müaviniƏli Əhmədov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların cəmiyyətdə rolundan danışıb.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin dünyanı daha yaxşı istiqamətdə dəyişmək iqtidarında olduqlarını qeyd edib.

Tədbir çıxışlarla davam edib.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR