AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri hüquq müdafiəçiləri ilə görüşüblər

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri hüquq müdafiəçiləri ilə görüşüblər
# 02 mart 2015 13:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramunt hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Hafiz Həsənov, Rəna Səfərəliyeva, Samir Kazımlı və NİDA üzvü Turqut Qəmbərlə görüşüblər.

Bu barədə APA-ya açıqlamasında hüquq müdafiəçisi S. Qocamanlı məlumat verib.

Görüşdə Azərbaycanda vətəndaş cəmiyyətinin durumu ilə bağlı müzakirə aparılıb, həmməruzəçilərə Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa etmiş İnsan Hüquqları üzrə Birləşmiş Qrupun fəaliyyəti və keçən ilin dekabrında Azərbaycan prezidenti tərəfindən imzalanmış əfv sərəncamı barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR