Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası təqdimat keçirib

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası təqdimat keçirib
# 17 oktyabr 2016 17:36 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan-25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili www.azerbaijan25.az” layihəsi çərçivəsində hazırlanan saytın təqdimatını keçirib.

APA-nın xəbərinə görə, ASGA-nın sədri Səbuhi Abbasov layihə barədə məlumat verərək, bu gün qazanılan bütün uğurlara görə Heydər Əliyevin siyasi kursuna borclu olduqlarını deyib: "Bu siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla icrası isə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Biz layihə çərçivəsində son 25 ildə müxtəlif istiqamətlərdə qazanılan uğurlar haqqında sistematik məlumat bazası yaratmışıq. Layihə həm paytaxtda, həm də müxtəlif regionlarımızda həyata keçirilib. Biz eyni zamanda layihə çərçivəsində Moskvada da böyük bir tədbir reallaşdırdıq. Hesab edirəm bu layihə çərçivəsində hazırlanan sayt bir neçə dildə tərtib edilərək xarici ölkələrdə təqdim olunmalıdır”.

Tədbirdə çıxış edən millət vəkilləri Qənirə Paşayeva, Adil Əliyev və Elşən Musayev Azərbaycanın 25 illik müstəqillik dövründə keçdiyi inkişaf yolundan danışıblar.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR