Azərbaycanda bələdiyyə üzvlərinin etik davranış qaydaları hazırlanaraq qəbul ediləcək

Azərbaycanda bələdiyyə üzvlərinin etik davranış qaydaları hazırlanaraq qəbul ediləcək
# 01 may 2016 13:06 (UTC +04:00)

Bakı-APA. Bələdiyyə üzvlərinin etik davranış qaydaları hazırlanaraq qəbul ediləcək.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

 

Milli Fəaliyyət Planına əsasən, Milli Məclis, bələdiyyələr, bələdiyyələrin milli assosiasiyalarına tövsiyə edilib ki, 2016-2017-ci illərdə bələdiyyə üzvlərinin etik davranış qaydalarının hazırlanması və qəbul edilməsi təmin edilsin. Bələdiyyələr, bələdiyyələrin milli assosiasiyalarına 2016-2018-ci illərdə bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması tövsiyə olunub. 

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR