Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edən xarici QHT-lərin filial və ya nümayəndəlikləri ilə bağlı yeni tələb müəyyənləşib

Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edən xarici QHT-lərin filial və ya nümayəndəlikləri ilə bağlı yeni tələb müəyyənləşib
# 12 fevral 2015 08:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edib.

 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən bundan sonra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə dövlət reyestrinə məlumat daxil edilərkən qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan qanuni təmsilçisinin (təmsilçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi göstərilməlidir.

 

Bununla əlaqədar qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri dövlət qeydiyyatına alınmaları ilə bağlı ərizədə qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixini qeyd etməlidirlər.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR