Azərbaycanda xarici dövlətlərin QHT-lərinin nümayəndəlik və filialının fəaliyyətinin bərpa edilməsi qaydası müəyyənləşib

Azərbaycanda xarici dövlətlərin QHT-lərinin nümayəndəlik və filialının fəaliyyətinin bərpa edilməsi qaydası müəyyənləşib
# 18 iyun 2015 14:49 (UTC +04:00)

APA-nın məlumatına əsasən, qərarla qeyri-hökumət təşkilatı (QHT) və xarici dövlətlərin QHT-lərinin nümayəndəliyinin və ya filialının fəaliyyətinin bərpa edilməsi qaydası müəyyənləşib.

 

QHT və xarici dövlətlərin QHT-lərinin nümayəndəliyinin və ya filialının fəaliyyəti bərpa edildikdə bu barədə məlumatın qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilməsi üçün 3 gün ərzində Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizədə qurumun fəaliyyətinin bərpa edildiyi tarix, fəaliyyətin bərpa edilməsi barədə qərarı qəbul etmiş orqan göstərilməlidir. Ərizəyə qurumun fəaliyyətinin bərpa edilməsi barədə qərar (vaxtından əvvəl bərpa edildiyi halda qərarda bunun səbəbi göstərilməlidir), qurumun fəaliyyətinin bərpa edilməsi barədə  Vergilər Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun məlumatlandırılmasını təsdiq edən sənəd əlavə edilməlidir. Bu sənədlər daxil olduqda Ədliyyə Nazirliyi 3 gün ərzində qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatı qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edir.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR