Millət vəkili: “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi” təşkilatının “hesabat”ı erməni tərəfinin səyləri ilə baş tutub”

Millət vəkili: “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi” təşkilatının “hesabat”ı erməni tərəfinin səyləri ilə baş tutub”
# 06 yanvar 2013 12:54 (UTC +04:00)

Bakı-APA. ““Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi” beynəlxalq təşkilatının açıqladığı “hesabatda” Azərbyacan prezidenti İlham Əliyev haqqında yer alan məqamlar bilavasitə erməni tərəfinin səyləri ilə baş tutub”. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin deputatı Fuad Muradov bəyan edib.

 

Deputat təşkilatla bağlı apardğı araşadırma nəticəsində qurumla bağlı maraqlı faktlar aşkarladığını bildirib: “Bu qurumun İdarə Heyətinin tərkibinə  Ermənistan Araşdırmaçı Jurnalistlər Təşkilatı daxildir. Həmin təşkilatın rəhbəri isə Edik Baqdasaryandır. Edik Baqdasaryan isə Dağlıq Qarabağda, Xocalıda azərbaycanlılara qarşı amansız qətllər törətmiş beynəlxalq terrorçu Monte Melkonyanın yaxın dostu olub. Qatil Melkonyanın tökdüyü günahsız qanlar isə Azərbaycanda hamıya yaxşı bəllidir”.

 

F. Muradov deyib ki, apardığı araşdırma nəticəsində aydın olub ki, Azərbaycan prezidentinin nufuzuna xələl gətirmək məqsədi daşıyan bu qərarın qəbulu bilavasitə Baqsaryanın təşəbbüsü ilə baş tutub: “Təəssüf ki, bizim bəzi KİV-lər erməninin təsiri ilə qəbul olunmuş qərarı yayımlayıblar. Baqdasaryanın rəhbərlik etdiyi saytda isə Azərbaycan əleyhinə olmazın yalanlar və uydurmalar yer alır”.

 

F. Muradov deyib ki, bu hesabatın məhz Dünya Azərbyacanlılarının Həmrəylik Günü açıqlanması da təsadüfi deyil: “ Azərbyacan prezidenti İlham Əliyevin nufuzu dünya tərəfindən qəbul olunub. Azərbaycanın düşmənləri belə çirkin vasitələrlə prezidentin nufuzunun sarsıda bilməyəcəklər”.

 

 

 

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR