ABŞ Somalidə “Əl-Şabab”ın mövqelərinə hava zərbələri endirib

ABŞ Somalidə “Əl-Şabab”ın mövqelərinə hava zərbələri endirib
# 30 dekabr 2019 13:08 (UTC +04:00)

ABŞ Somalidə “Əl-Şabab” terrorçu qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Afrika Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Somali hökuməti ilə razılaşdırılan əməliyyatlarda 4 terrorçu məhv edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Moqadişoda partlayıcı maddələrlə yüklü avtomobil partladılıb, nəticədə 90 nəfər ölüb. Somali Prezidenti Məhəmməd Abdullahi Məhəmməd terror aktının “Əl-Şabab” terror qruplaşması tərəfindən törədildiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR