Burkina-Fasoda terrorçuların hücumu zamanı 39 nəfər öldürülüb

Burkina-Fasoda terrorçuların hücumu zamanı 39 nəfər öldürülüb
# 29 yanvar 2020 10:23 (UTC +04:00)

Yanvarın 25-də Burkina-Fasoda terrorçuların hücumu zamanı 39 nəfər öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə “Faso” portalı məlumat yayıb.

Hadisə ölkənin şimalında, Sum əyalətinin Silqadji kəndində baş verib.

Hakimiyyət tərəfindən ölən şəxslərin ailələrinə başsağlığı verilib.

Xatırladaq ki, 2014-cü ildən Mavritaniya, Mali, Niger, Çad və Burkina-Fasoda Fransanın iştirakı ilə “Boko Haram” terror təşkilatına qarşı “Barxan” hərbi əməliyyatları keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR