CAR-da yeni il gecəsi iki nəfər öldürülüb, 20-dək insan yaralanıb

CAR-da yeni il gecəsi iki nəfər öldürülüb, 20-dək insan yaralanıb
# 02 yanvar 2020 08:41 (UTC +04:00)

Yeni ilin ilk saatlarında CAR-ın Yohannesburq şəhərinin kənarındakı restoranda yoldan ötən avtomobildən açılan atəş nəticəsində 2 nəfər öldürülüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “eNCA” televiziya kanalı məlumat yayıb.

İnsident nəticəsində restoranda olan daha 6 nəfər yaralanıb. Hazırda polis hadisəni törədənləri axtarır. Ölənlərin hamısının qadınlar olduğu bildirilir.

Şahidlərin verdiyi ifadə əsasında ehtimal olunur ki, silahlı insidentin səbəbi bundan bir qədər əvvəl restoranda dörd kişi arasında baş vermiş dava ola bilər. Davada xəsarət alanlardan biri tezliklə qayıdacağı və qisas alacağı ilə bağlı digərlərini hədələyib.

Yohannesburqun mərkəzi Nyutaun meydanında yeni ilin qarşılanması zamanı daha 11 nəfər odlu silah yarası alıb. Polisin verdiyi məlumata görə, silahlı insident bayramla əlaqədar toplaşan mühüm şəxslər üçün zonada qeydə alınıb. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR