Hüsnü Mübarəkin ölüm xəbəri təsdiqlənib - YENİLƏNİB

Hüsnü Mübarəkin ölüm xəbəri təsdiqlənib - YENİLƏNİB
# 25 fevral 2020 15:25 (UTC +04:00)

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin ölüm xəbəri təsdiqlənib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Misir dövlət televiziyası sabiq prezidentin ölümü barədə məlumat yayıb.

***

saat 14:58

Misirin sabiq prezidenti Hüsnü Mübarək vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “Əl-Aym əs Sabia” portalı məlumat yayıb. Sabiq prezidentin 91 yaşında vəfat etdiyi bildirilir.

Bu barədə hələlik rəsmi məlumat yayılmayıb.

Qeyd edək ki, Misirin 4-cü prezidenti olan H. Mübarək 1981-ci ildən 2011-ci ilə kimi ölkəyə rəhbərlik edib. O, 2011-ci ildə baş verən inqilab zamanı istefa verib. Daha sonra həbs edilən H. Mübarək azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR