Keniyada binanın çökməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Keniyada binanın çökməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
# 08 dekabr 2019 18:42 (UTC +04:00)

Bu gün xilasedicilər Keniyada iki gün əvvəl çökən altımərtəbəli binanın dağıntıları altından 2 nəfəri çıxara bilib.

APA-nın xəbərinə görə, bu barədə yerli “Citizen TV” telekanalı məlumat yayıb.

Hadisə cümə günü yerli vaxtla saat 09.00 radələrində Nayrobinin Embakasi dairəsində baş verib. Hadisə yerində xilasetmə işləri davam edir. İndiyə qədər 35 nəfər xilas edilib.

Hadisə zamanı ölənlərin sayı isə 7 nəfərə çatıb, 11 nəfər itkin düşmüş sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR